Hər gün badam yeməyin 4 faydası

Badam davamlı qəbul edildikdə bədənə bir çox faydası var. 

Sızanaqları azaldır
Badamlar, yüksək miqdar omeqa6 yağdan ibarətdir. Sızanaqları sağaldan və dərinin gəncləşməsinə kömək edən E vitamini və antioksidantla zəngindir.

Diabet müalicəsində faydalıdır
Aparılan araşdırmalar 2 tip diabet xəstələrinə gündəlik olaraq badam verərək fiziki vəziyyətlərini yaxşılaşdırdığı müşahidə edilmişdir.


Davamı →

Şüyüd haqqında bilmədiklərimiz

Bu gün də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən şüyüdün çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyik. Ümid edirik ki, faydalanacaqsınız.

Dünya florasının tərkibində şüyüdün 3 növünə rast gəlmək olar. Qafqazda, o cümlədən Azərbaycanda mədəni halda bir növü – ətirli şüyüd geniş surətdə mədəni halda həyətyanı sahələrdə əkilib becərilir. Şüyüd kəskin ədviyyə xüsusiyyətli tama malikdir. Bundan təzə, qurudulmuş və turşuya qoyulmuş halda istifadə edilir. Şüyüdün tam çiçək açmış yaşıl hissəsindən tərəvəz məhsullarının konservləşdirilməsində, ətirli sirkələrin hazırlanmasında geniş istifadə edirlər. Qurudulmuş şüyüd ət, balıq və tərəvəzlərdən hazırlanan xörəklərin tərkibinə qatqı kimi əlavə olunur.


Davamı →

Ürək üçün 5 faydalı qida

Faydalı meyvə-tərəvəzlər sizi hipertonik böhrandan xilas edə bilər. Hətta pəncərənizin önündə 30istilik varsa belə. İsti hava şəraitində bizim orqanizmimizdə maye çatışmazlığından qanımızda qatılaşma olur. Bu hal qan dövranını çətinləşdirir. Avropa Kardioloqlar Assosiasiyasının mütəxəssisləri bizim ürəyimizin işini asanlaşdıran və damarların spazmasını yüngülləşdirən beş qidanın adını sadalamışlar.
  • Cəfəri

Davamı →

Pomidor şirəsinin faydaları

Bir qrup alim pomidorla bağlı araşdırma aparıb. Araşdırmaya görə gündə 2 stəkan pomidor suyu içən xanımlarda menstruasiya dönəmini rahat keçirməsinə kömək edir.

Alimlər, 8 həftə ərzində 93 qadından gündə 2 dəfə 200 milli litr pomidor suyu içməsini xahiş edib və daha sonra həmin qadınların vəziyyətini araşdırıb.

Araşdırma nəticəsində iştirakçılarda menstruasiya zamanı ortaya çıxan istilik basması, əsəbilik halı kimi mənfi təsirlərinin azaldığı müşahidə olunub.


Davamı →

Mürəbbələrin inanılmaz faydaları

Yay aylarında demək olar ki, bir çoxların evində qışa hazırlıq üçün mürəbbə və turşu tədarükü görülür. Hazırlanan bu mürəbbələrin insan sağlamlığına faydalarından xəbəri olanlar da var, olmayanlar da. Gəlin bu mürəbbələrin bəzilərinin faydaları ilə birlikdə tanış olaq.

  • Moruq mürəbbəsi –

Davamı →

Tut doşabının faydaları

Doşab çox qiymətli müalicəvi məhsuldur.

Şərqdə doşab qədim zamanlardan müxtəlif xəstəliklər zamanı və həmçinin ümumi möhkəmləndirici vasitə kimi istifadə olunur.
O, ən xeyirli doşab sayılır. Onun tərkibi həqiqətən olduqca zəngindir. Mütəxəssislər doşabı balla müqayisə edir və iddia edirlər ki, bəzi maddələrin səviyyəsinə görə doşab balı üstələyir. Belə ki, doşabda dəmir balla müqayisədə daha çoxdur. Bu səbəbdən doşab qanazlığı zamanı və bu pozulmanın profilaktika məqsədi ilə geniş istifadə olunur.


Davamı →

Möcüzəvi kimçi

Asya mətbəxinin ən tanınmış, ləziz təamı «kimçi” Koreyada xüsusi yerə sahibdir. Turşu kimi yeməklərin yanında verilir. Koreyalıların 90 yaşdan yuxarı yaşamaqlarının memarı məhz bu qida hesab edilir.

Cənubi Koreyanın ən məşhur baş aşbazı Shim Young- Soon deyir ki, „kimçi” hər dərdin əlacıdır.
“Bizim ölkədə az qala dərman kimi istifadə edilir. Xüsusi ilə qadınlar gözəlliklərini „kimçi”yə borcludur. 80 yaşındayam, baxın, üzümdə heç bir qırış yoxdur, səhhətimdə də heç bir problem yoxdur. Bu möcüzəvi qidanı hər kəsə tövsiyyə edirəm”.
Davamı →

Orqanizmi təmizləyən qidalar

Pəhriz menyunuza əlavə edəcəyiniz bu qidalar sayəsində immunitet sistemi güclənir, orqanlar daha sağlam fəaliyyət göstərir.

Limon 
C vitamini və digər antioksidantlarla zəngindir. Tərkibindəki maddələ immunitet sistemini gücləndirir. Mütəmadi olaraq qəbul edildikdə, qaraciyər və öd kisəsi sağlamlığını qoruyur və həzm prosesini yaxşılaşdırır. Bir stəkan ilıq limonlu su sağlamlığınız üçün mükəmməl üsuldur.
Davamı →

Ballı kəsmik

Kəsmik və bal birlikdə dəyəri və vitamin tərkibinə görə ən möcüzəvi ikilidir. Orqanik, yağsız kəsmiyin üzərinə 1-2 qaşıq bal töküb yemək immuniteti möhkəmləndirir, müxtəlif səbəblərdən zəifləmiş orqanizmi bərpa edir. 

Ona görə bu iki ərzağı mütləq və birlikdə yemək lazımdır. Bu qarışımı ya səhərlər, ya da axşam yuxudan əvvəl qəbul edin.

O, vitamin ehtiyatını artırır, mədə-bağırsaq sisteminin işini yaxşılaşdırır, antistress təsir göstərir, yuxunu bərpa edir. 
Davamı →

İmmuniteti möhkəmləndirən qidalar

Payız-qış fəsillərində soyuqdəymə xəstəliklərinin sayı kəskin artır. Bu xəstəliklərdən qorunmağın ən yaxşı üsulu immuniteti daim yüksək səviyyədə saxlamaqdır. Mütəxəssislərin fikrinə görə, bu işdə bəzi qida məhsulları kömək edə bilər.

1. Toyuq bulyonu
Kollaqen, minerallar və aminturşuları ilə zəngin olan toyuq bulyonunu «təbii antibiotik» adlandırırlar. Bulyon immun sistemini aktivləşdirərək virus və soyuqdəymə xəstəliklərinin riskini azaldır. Təbii ki, söhbət «kənd» toyuğundan bişirilmiş bulyondan gedir.

Bulyonun tərkibində olan «sistein» adlı amin turşusu nəfəs yolları xəstəlikləri zamanı çox yaxşı kömək edir — bəlğəmin çıxmasını asanlaşdırır, nəfəsalmanı yüngülləşdirir, sağalmanı tezləşdirir.
Davamı →